Haqqımızda

Azərbaycan Qlaukoma assosiasiyasi bir qrup oftalmoloqlar tərəfinden 2001-ci ilde Azərbaycan Respublikasinda qlaukoma xəstələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə yaradılmışdır.

Təşkilatın əsas məqsədi profilaktika ve hemçinin qlaukomanın vaxtında aşkar edilmesi üçün əhali arasında vaarifləndirmə işlerinin aparılması, qlaukoma zamanı tibbi yardım göstərilməsi səviyyəsinin yaxşilaşdırılması üçün peşəkarlar arasında təcrübə və məlumat mübadiləsi üçün şəraitin yaradılması, qlaukoma üzre mütəxəssislər arasında təcrübe mübadiləsi məqsədilə beynəlxalq konfransların və görüşlerin keçirilməsi və qlaukoma zamanı oftalmologiya xidmətinin yaxşılaşdırılması ve ixtisaslaşması vəqsədilə oftalmoloqlar üçün müasir dərsliklərin hazırlanmasıdır.

Cəmiyyətin strukturu.

Azərbaycan qlaukomotoloqlar cəmiyyəti, cəmiyyətin sədrlər şurasindan ibarətdir və bu şura nə dəyişilir nə də seçilir. Cəmiyyətin sədrləri şurası tənzimləyici və hüquqverici orqandir. Qlaukomotoloqlar cəmiyyətinin 3 komitə fəaliyət göstərir: maarifləndirmə işini aparan komitə, görüş və konfraslaransları təşkil edən komitə, əhali arasında təbliğat aparan komitə. Komitələrin işləri bilavasitə cəmmiyətinin sədrlər şurası tərəfindən nəzarət edilir. Azərbaycan Qlaukoma assosiasiyası qlaukoma zamanı tibbi yardım göstərilməsi səviyyəsinin yaxşılaşdırılması məqsədilə qlaukoma sahəsində mütəxəssisləri birləşdirən qeyri-hökümət, qeyri kommersiya təşkilatıdır. Cəmmiyətin, onun fəaliyyətinin və onun həyata keçirdiyi tədbirlərin maliyyələşməsi, üzvlük haqqları və fərdi ianələr hesabına həyata keçirilir. Hər ilin yekununda xəzinədar tərəfindən keçmiş il üzrə cəmmiyətin fəaliyyətinin maliyə hesabatı hazirlanır. Bu hesabat sədrlər şurasında təqdim olunur və içtimaiyyet üçün cəmmiyətin internet saytında yerləşdirilir. Oftalmologiya cəmiyyətinə qəbul olmaq istəyən hər bir şəxs cəmiyyətin üzvü ola bilər.